Operativ Məlumat Mərkəzi

Rusiya üzgüçüləri 2024-cü il Olimpiya Oyunlarında iştirak etməyəcəklər

1 dəq
Paylaş:
Rusiya üzgüçüləri 2024-cü il Olimpiya Oyunlarında iştirak etməyəcəklər

Rusiya açıq su üzgüçüləri və dalğıcları bu yay Parisdə 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarında yarışa bilməyəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a Beynəlxalq Üzgüçülük Federasiyasının (World Aquatics) kommunikasiyalar şöbəsindən məlumat verilib.

Beynəlxalq federasiyanın nümayəndəsi bildirib ki, fevralda Dohada keçiriləcək su idman növləri üzrə dünya çempionatına Rusiya idmançıları qeydə alınmayıb. Bu turnir idmançılar üçün Parisdə keçiriləcək oyunlara vəsiqə qazanmaq üçün son şans idi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər