Rusiya Ukraynanın itkilərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 491 təyyarəsi, 251 helikopteri, 8004 PUA-sı, 441 zenit-raket kompleksi, 12 746 tank və digər zirehli texnikası, 1163 reaktiv yaylım atəş sistemi, 6810 artilleriya və minaatanı, 14 419 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.