Rusiya tərəfi heç vaxt Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.
“Biz onlarla danışıqlara hazırıqmı, biz bundan heç vaxt imtina etməmişik. Ancaq bəzi müvəqqəti tələblər əsasında deyil, İstanbulda razılaşdırılan sənədlər əsasında”.