Operativ Məlumat Mərkəzi

Rusiya MN: Ukrayna ərazimizə 58 PUA hücumuna cəhd edib

1 dəq
Paylaş:
Rusiya MN: Ukrayna ərazimizə 58 PUA hücumuna cəhd edib
bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. “Martın 13-nə keçən gecə və səhər saatlarında Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə...

Ukrayna gecə və səhər saatlarında 58 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya ərazisinə hücum etməyə cəhd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Martın 13-nə keçən gecə və səhər saatlarında Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-lardan istifadə edərək terror hücumu cəhdlərinin qarşısı alınıb”.

Açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin ümumilikdə 58 PUA hücumuna müqavimət göstərdiyi qeyd edilib və 11 PUA-nın Belqorod bölgəsində, 8-i Bryansk bölgəsində, 29-u Voronej bölgəsində, 8-i Kursk bölgəsində məhv edildiyi paylaşılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər