Operativ Məlumat Mərkəzi

Rusiya Türkmənistanla əməkdaşlığı daha da artırmağı gözləyir

2 dəq
Paylaş:
Rusiya Türkmənistanla əməkdaşlığı daha da artırmağı gözləyir
Rusiyanın Aşqabaddakı səfiri İvan Volınkin bildirib. Volınkinin sözlərinə görə, Türkmənistan prezidentinin görüşdə iştirakı qarşılıqlı hörmət və...

Türkmənistan və Rusiya arasında dostluq əməkdaşlığı uzunmüddətli perspektivdə qarşılıqlı fayda əsasında möhkəmlənməkdə davam edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiyanın Aşqabaddakı səfiri İvan Volınkin bildirib.

Volınkinin sözlərinə görə, Türkmənistan prezidentinin görüşdə iştirakı qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə, eləcə də MDB üzvü olan ölkələrin xalqlarının bölüşdüyü ümumi mənəvi-əxlaqi dəyərlərə əsaslanan dövlətlərarası münasibətlərin səmərəli inkişafına sübutdur.

"Rusiya Türkmənistanla səmərəli əlaqələri yüksək qiymətləndirir, çünki o, siyasət, diplomatiya, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir",- deyə Volınkin qeyd edib.

O, həmçinin əsas sahələrdə məhsuldar əlaqələrin daha da intensivləşdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər