Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Türkiyə Rusiya taxılını emal edilərək ehtiyacı olan ölkələrə göndərilməsini istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" NTV-yə istinadən xəbər verir ki, bunu Lavrov İndoneziyanın paytaxtı Cakartada keçirilən Rusiya-ASEAN Xarici İşlər Nazirləri Toplantısı zamanı Rusiya mətbuatına açıqlamalar verib.
Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinin Qara dəniz taxıl sazişi ilə bağlı bəzi təklifləri olduğunu dediyini xatırladan Lavrov, yeni təkliflərdən xəbərinin olmadığını bildirib.
"Görünür, bu təklif Rusiya prezidenti Vladimir Putinlə Ərdoğanın uzun müddətdir müzakirə etdiyi mövzudur. Deməli, bu, Türkiyə ilə bizim aramızda taxıla daha çox ehtiyacı olan ölkələrə, xüsusilə də buğdaya güzəştli şərtlərlə tədarükü ilə bağlı imzalanmış digər razılaşmalardan asılı olmayaraq, bu təklifdir.