Operativ Məlumat Mərkəzi

Rusiya səfiri İspaniya XİN-ə çağırılıb

1 dəq
Paylaş:
Rusiya səfiri İspaniya XİN-ə çağırılıb
bu barədə “El Confidential” nəşri öz mənbələrinə istinadən yazıb. Qeyd olunub ki, Rusiyanın İspaniyadakı səfiri Yuri Klimenko “Twitter"də yayımlanan...

Rusiyanın İspaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “El Confidential” nəşri öz mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, Rusiyanın İspaniyadakı səfiri Yuri Klimenko “Twitter"də yayımlanan video ilə bağlı izahat vermək üçün ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Belə ki, səfir sosial şəbəkə hesabında İspaniya hökumətinə qarşı iddialar səsləndirib və qeyd edib ki, Rusiyaya qarşı döyüşmək üçün İspaniya Ukraynaya qoşun yeridib.

Həmçinin əlavə olunub ki, İspaniya Müdafiə Nazirliyi ispan hərbçilərinin Ukraynada olması ilə bağlı səsləndirilən iddiaları əsassız adlandırıb və bu tip məlumatları təkzib edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər