Operativ Məlumat Mərkəzi

Separatçılar Ağdam-Xankəndi yolu üzərindən yük qəbul edəcəyini açıqlayıblar - YENİLƏNİB

2 dəq
Paylaş:
Separatçılar Ağdam-Xankəndi yolu üzərindən yük qəbul edəcəyini açıqlayıblar - YENİLƏNİB
bu barədə qondarma rejimin "informasiya mərkəzi" məlumat yayıb. Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan...

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılar Ağdam-Xankəndi yolu üzərindən yük qəbul edəcəyini açıqlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qondarma rejimin "informasiya mərkəzi" məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Eyni zamanda, Rusiya da eyni yolla keçən marşrutla Qarabağa ərzaq yükü göndərib.

15:20 ***

Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR Ağdam istiqamətində hərəkət edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bildirilib.

“Rusiya hökümətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükünü Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün bu gün (sentyabrın 9-da) Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində, Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. Hazırda həmin yük Samur-Bakı, Bakı-Bərdə, Ağdam və Əsgəran istiqamətində hərəkət edir.

Yük son təyinat məntəqəsinə çatdırıldıqdan sonra əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər