Operativ Məlumat Mərkəzi

Rusiya QXC-nin göndəriyi yardım Bərdədə gözləməkdə davam edir

1 dəq
Paylaş:
Rusiya QXC-nin göndəriyi yardım Bərdədə gözləməkdə davam edir
Rusiyadan göndərilən ərzaq dolu yük maşını 2-ci gündür ki, Bərdə şəhərində gözləməkdədir. Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan...

Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağdakı ermənilərə göndəriyi yardım maşını hələ də Bərdədə gözləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Report"a istinadən xəbər verir ki, Rusiyadan göndərilən ərzaq dolu yük maşını 2-ci gündür ki, Bərdə şəhərində gözləməkdədir.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər