Rusiya Fövqəladə Hallar Nazirliyi Qəzza zolağının sakinləri üçün 27 tondan çox humanitar yardım göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi 27,5 ton humanitar yük çatdırıb. Bu, Qəzza zolağının sakinlərinə Rusiya yardımını yönləndirəcək Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə veriləcək", - nazirlikdən bildirilib.
Qeyd edək ki, Rusiya xilasetmə İdarəsi tərəfindən bölgəyə indiyədək 315 tondan çox ərzaq, dərman və zəruri əşyalar çatdırılıb.