Əsas məzmuna keç

Rusiya Pakistan və Əfqanıstanı atəşi dayandırmağa çağırdı

Rusiya Pakistan və Əfqanıstanı atəşi dayandırmağa çağırdı

Mariya Zaxarova və Dmitri Peskov Pakistan-Əfqanıstan sərhədindəki qanlı hərbi qarşıdurmaya reaksiya verib. Kreml tərəfləri dərhal atəşi dayandırmağa çağırır.

en ru

" Federasiyası və arasında silahlı toqquşmaların kəskin şəkildə artmasından narahatdır".

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Rusiya hər iki tərəfi bu təhlükəli qarşıdurmadan əl çəkməyə və danışıqlar masasına qayıtmağa çağırır. Əfqanıstan ilə Pakistan arasında nizami ordu bölmələri, hava qüvvələri və ağır silahların iştirak etdiyi silahlı toqquşmaların kəskin şəkildə artmasından narahatıq. Hər iki tərəfdən, o cümlədən mülki şəxslərdən itkilər var. Rusiya həmçinin bütün fikir ayrılıqlarını siyasi və diplomatik yollarla həll etmək üçün Əfqanıstan və Pakistanı təhlükəli qarşıdurmadan imtina etməyə və danışıqlar masasına qayıtmağa çağırır", - o qeyd edib.

Həmçinin Kremlin mətbuat katibi Dmitri da Əfqanıstan və Pakistan arasındakı toqquşmalar məsələsinə də toxunub:

"Əlbəttə ki, baş verən hərbi toqquşmalar pis əlamətdir. Buna görə də ümid edirik ki, bu, mümkün qədər tez başa çatacaq. Hər kəs kimi biz də vəziyyəti diqqətlə izləyirik".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…