Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan ölkəsinə nüvə silahının göndərilməsi prosesinin başa çatdığını qeyd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində jurnalistlərə açıqlaması zamanı qeyd edib.
Nüvə silahlarının ölkəsinə daşınması prosesinin tamamlandığını bildirən Lukaşenko, "Daşıma artıq sentyabr və ya oktyabrda tamamlanıb. Son göndəriş oktyabrın əvvəlində edilib. Hər şey yerində və yaxşı vəziyyətdədir" , - deyə qeyd edib.