Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi sənaye elementlərinin Rusiya ordusu tərəfindən uzaq mənzilli yüksək dəqiqlikli silahla vurulduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Açıqlamada Ukraynada hərbi ünsürlərə qarşı hücumların davam etdiyi bildirilib.
“Rusiya Silahlı Qüvvələri orduda raket, sursat və partlayıcı istehsal edən ünsürlərə qarşı uzun mənzilli yüksək dəqiqlikli silahlarla havadan və qurudan qrup hücumu həyata keçirib. Təsbit edilən bütün elementlər vurulub", - deyə bəyanatda qeyd olunub.