Operativ Məlumat Mərkəzi

Rusiya millisinin sabiq qapıçısı “Turan Tovuz”a keçib

1 dəq
Paylaş:
Rusiya millisinin sabiq qapıçısı “Turan Tovuz”a keçib
“Turan Tovuz” heyətinə yeni oyunçu cəlb edib. Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bölgə təmsilçisi vaxtilə Rusiyanın 21...

“Turan Tovuz” heyətinə yeni oyunçu cəlb edib.

Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bölgə təmsilçisi vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qorumuş İvan Konovalovla anlaşıb.

Qolkiperlə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Moskva “Spartak”ının yetirməsi olan qapıçı Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı, Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” komandalarının da şərəfini qoruyub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər