Operativ Məlumat Mərkəzi

Rusiya MN Laçın dəhlizi ətrafındakı vəziyyəti normallaşdırmaq istəyir

1 dəq
Paylaş:
Rusiya MN Laçın dəhlizi ətrafındakı vəziyyəti normallaşdırmaq istəyir
bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi və sülhməramlı...

Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərin normallaşması üçün ardıcıl köməklik göstərir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi və sülhməramlı kontingenti Laçın dəhlizi ətrafındakı vəziyyətin nizamlanması üçün enerjili səylər göstərir.

“Ötən ilin dekabrın 12-dən xeyriyyəçilik təşkilatları ilə birgə regiona 2,5 tondan humanitar yük çatdırılıb. 88 yaşayış məntəqəsində yeddi humanitar aksiya keçirilib. 8 mindən çox uşaq və 800-dən çox aztəminatlı ailələr yardım alıb”, - Rusiya XİN sözçüsü qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər