Əsas məzmuna keç

Rusiya casusları fəallaşıb

Rusiya casusları fəallaşıb

Almaniyada xüsusi xidmət orqanları daha fəallaşıb və öz fəaliyyətlərində qəddar üsullardan istifadə edirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Almaniya əks-kəşfiyyatının rəhbəri Tomas Haldenvanq “Azadlıq” radiosuna müsahibəsində bildirib.

O söyləyib ki, bu fəaliyyət Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl də soyuq müharibə səviyyəsinə çatıb və xeyli artıb.

Haldenvanqın sözlərinə görə, kəşfiyyat əlaqələr şəbəkəsini inkişaf etdirməyə və məlumat əldə etməyə çalışan klassik agentlərin tətbiqi yolu ilə hallarını qeydə alır. Onlar, həmçinin casusluq və şantajın bütün mövcud üsullarından istifadə edirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…