Bolqarıstan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin ölkənin hava məkanından istifadəsinə icazə verməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.
Belə ki, Bolqarıstan Lavrovun ATƏT-in Skopye toplantısına getdiyi təyyarəyə keçidinə icazə verməyib. Bolqarıstan rəsmiləri buna səbəb kimi Aİ-nin sanksiya siyahısında olan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın da təyyarədə olmasını göstərib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Bolqarıstanın qərarını “təhlükəli axmaqlıq” kimi qiymətləndirib. Mətbuat katibinin sözlərinə görə, tarixdə ilk dəfədir ki, hökumət təyyarənin əvəzinə bir nəfərin göyərtədə olmasını qadağan edir, çünki Bolqarıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, təyyarənin ölkənin hava məkanını keçmək icazəsi var idi.