Rusiya Luqansk vilayətini tam nəzarətə götürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri cəbhənin bütün istiqamətlərində irəliləyiş əldə edir.
“Qərb hərbi qruplaşmasının bölmələri Luqansk Xalq Respublikasının azad edilməsi prosesini başa çatdırıb”, - məlumatda deyilir.
Bəyanatda həmçinin qeyd olunub ki, Xarkiv vilayətində Veryhnaya Pisarevka, Zaporijya vilayətində isə Boykovo yaşayış məntəqələri Rusiya ordusu tərəfindən ələ keçirilib.