"Almaniyanın uzaqmənzilli silah sistemlərini yerləşdirməyi planlaşdırdığı ərazilər Rusiyaya qarşı istifadə olunacağı təqdirdə Moskva üçün qanuni hərbi hədəfə çevriləcək".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfirliyi "İzvestiya"ya açıqlamasında bildirib.
Səfirlik Almaniyanın bu cür silahları yerləşdirəcəyi məntəqələrin Rusiyanın qanuni hərbi hədəflərinə çevriləcəyini vurğuladığını qeyd edib.
"Almaniyanın hədsiz hərbiləşdirilməsini tənqid edənlər haqlı olaraq qeyd edirlər ki, bu cür silahların yerləşdiriləcəyi məntəqələr qaçılmaz olaraq Rusiya üçün qanuni hərbi hədəflərə çevriləcək", - Rusiya səfirliyindən bildirilib.