Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya və ASEAN ABŞ-İran razılaşmasını dəstəkləyib

2 dəq
Paylaş:
Rusiya və ASEAN ABŞ-İran razılaşmasını dəstəkləyib

və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzv ölkələri ABŞ və İran arasında əldə olunan razılaşmanı yekdilliklə dəstəkləyiblər.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Kazanda keçirilən Rusiya-ASEAN sammitindən sonra bildirib.

Putinin sözlərinə görə, tərəflər arasında hərbi münaqişəyə son qoymaq və gələcək sülh müqaviləsinin əsaslarını hazırlamaq məqsədi daşıyan razılaşmaları müsbət qarşılayıblar.

“Biz İran və Amerika tərəfləri arasında hərbi münaqişəyə son qoymaq və gələcək sülh müqaviləsinin parametrləri üzərində işləmək üçün əldə edilən razılaşmaları yekdilliklə alqışladıq”, - deyə Rusiya lideri vurğulayıb.

O qeyd edib ki, ictimaiyyətin bu istiqamətdə göstərdiyi səylər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Putin həmçinin bildirib ki, Rusiya müxtəlif ölkələrlə dialoqu və diplomatik həll yollarını dəstəkləməyə davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax