Əsas məzmuna keç

R.Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib

R.Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib

VI çağırış Milli Məclisin deputatı Ramin Məmmədovun deputat səlahiyyətlərinə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Belə ki, məsələni təqdim edən katibi Arifə Muxtarova bildirib ki, İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla R.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub:

“Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir”.

Yuxarıda sadalananları nəzərə alaraq MSK Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsini nəzərə alıb.

Beləliklə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…