Əsas məzmuna keç

Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatına start verilir

Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatına start verilir

Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin...

Ali təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…