Əsas məzmuna keç

RƏSMİ XƏBƏRDARLIQ: Sabah hava kəskin pisləşir, dolu düşəcək

RƏSMİ XƏBƏRDARLIQ: Sabah hava kəskin pisləşir, dolu düşəcək

Aprelin 4-də Bakıda şimşək çaxacağı, bölgələrdə dolu, dağlarda isə qar gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin kəskin hava xəbərdarlığı ilə tanış olun.

en ru

Aprelin 4-də Azərbaycanda intensiv yağacağı və əsəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı, çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…