Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermak 2024-cü ili ölkədəki münaqişədə həlledici adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bunu Vaşinqtonda Hudson İnstitutunda çıxışı zamanı deyib və orada Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə və hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılmasına çağırış edib.
“Dönüş nöqtəsi yaxınlaşır. Gələn il həlledici olacaq”.
O, əlavə edib ki, Kiyevin əks-hücum əməliyyatı irəliləyir və Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sol sahilində möhkəmlənib.
Andriy Yermak Vaşinqtona səfəri zamanı ABŞ, Almaniya, Böyük Britaniya və Fransanın milli təhlükəsizlik müşavirləri, eləcə də ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdüyünü bildirib.