Operativ Məlumat Mərkəzi

Rəsmi İrəvan Türkiyənin “Tramp marşrutu”na cəlb edilməsi məsələsinə münasibət bildirib

1 dəq
Paylaş:
Rəsmi İrəvan Türkiyənin “Tramp marşrutu”na cəlb edilməsi məsələsinə münasibət bildirib
xarici işlər nazirinin müavini Mnatsakan Safaryan hazırda Ermənistan-Amerika birgə konsorsiumunun yaradılmasının müzakirə olunduğunu, bundan sonra qəbul...

Rəsmi İrəvan Türkiyə şirkətlərinin “Tramp marşrutu” layihəsinin reallaşdırılmasına cəlb edilməsi məsələsinə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini Mnatsakan Safaryan hazırda Ermənistan-Amerika birgə konsorsiumunun yaradılmasının müzakirə olunduğunu, bundan sonra qəbul edilən hər hansı qərarın İrəvan və Vaşinqtonun maraqlarından irəli gəlməli olduğunu qeyd edib.

Diplomat Ermənistan KİV-də Türkiyədən olan şirkətlərin mümkün iştirakı ilə bağlı xəbərlərlə tanış olmadığını bildirib.

“Amma əminəm ki, istənilən məsələni Ermənistan və ABŞ həll etməlidir”, - Safaryan əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər