Əsas məzmuna keç

Rəsmi Bakı İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayır

Rəsmi Bakı İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayır

İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq. XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, bu inkişaf regionda...

İsrail və İran arasında elan edilməsini alqışlayırıq.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.

"Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq.

Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq", - XİN-in məlumatında qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…