Əsas məzmuna keç

Rəsmi: Azərbaycan hərbi məhsulları 20 ölkənin bazarında

Rəsmi: Azərbaycan hərbi məhsulları 20 ölkənin bazarında

Baş nazir Əli Əsədov 2025-ci il büdcəsində ordu xərclərinin 8.1 milyard manata çatdığını və yerli silahların satış gücünü açıqladı. Sənayemizin rekord artımı!

ru en

Bu gün 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsində də və milli xərcləri artırılıb:

"Bu, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirir. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8.1 milyard manat vəsait ayrılıb (2024-cü illə müqayisədə 1.5 mlrd. manat və ya 23% çox)".

Baş nazir qeyd edib ki, ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edilib:

"Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə olunmuş nəticələrin qorunmasına, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, sərhədlərin toxunulmazlığına, milli maraqların müdafiəsinə bundan sonra da ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…