Rəşad Sadıqov: Əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm

Rəşad Sadıqov: Əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm
02.06.2024 22:34
Aa
dəq

Əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm. Birinci hissədə rəqib üstün idi. İkinci hissədə isə açıq futbol getdi. Düşünürəm ki, azarkeşlər ikinci yarıdan zövq aldılar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, bu matçın komandanın böyüməsinə təsir edəcəyini bildirib: “Qarabağ” kimi komandaya qarşı oynamaq çətin idi. Lakin oyunçular döyüşdü. Çalışacağıq ki, ruhdan düşməyək və avrokuboklara ciddi hazırlaşaq. Əsas plan ilk hissədə rəqibə qarşı ehtiyatlı oynamaq idi. Oyun sistemimiz dəyişməmişdi. İki il öncə Qəbələdəki sistemlə mübarizə apardıq”.

Onun sözlərinə görə, komanda əks-hücumlara əsas diqqət ayırıb: “Rəqib cinahlarda təhlükəli idi. Oyundan əvvəl də uşaqlarla danışmışdıq ki, 60-ci dəqiqədən sonra irəli atılaq”.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu