Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naxçıvan şəhərində Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının, həmçinin Naxçıvan şəhərinin sakinlərini qəbul edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul yanvarın 18-də saat 09:00-da Naxçıvan şəhərində yerləşən Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.