Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, iş üzrə hazırlıq iclası aprelin 17-nə təyin edilib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.