Operativ Məlumat Mərkəzi

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

1 dəq
Paylaş:
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Valettada maltalı həmkarı Lan Borg ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki,...

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Valettada maltalı həmkarı Lan Borg ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflərin müzakirə edəcəyi bir çox mövzu var: “Eyni zamanda Cənubi Qafqazla bağlı iki ölkə arasında koordinasiya da vacibdir”.

“Vladimir Putinin səfəri zamanı bir çox regional və ikitərəfli məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə olunacaq”, - nazir söyləyib.

Qeyd edək ki, V.Putin fevralın 12-də Türkiyəyə səfər edəcək. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər