Rəcəb Tayyib Ərdoğan: "Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik"

Rəcəb Tayyib Ərdoğan: "Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik"
04.06.2024 10:53
Aa
dəq

Rəsmi Ankara Bakı-İrəvan sülh danışıqlarında irəliləyişi alqışlayır və sülh sazişinin tezliklə imzalanacağına ümid edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində bildirib.

Müraciəti Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.

O, həmçinin deyib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən enerji sahəsində əlaqələr güclüdür: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihələri ölkələrarası əməkdaşlığın inkişafına ciddi töhfə verib. Türkmənistanın təbii qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqlinə başlanması zaman məsələsidir".

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu