"Real Madrid"in yeni transferi Arda Güler əməliyyat olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd olunub ki, 18 yaşlı futbolçu sağ dizindən əməliyyat olunub.
Bildirilib ki, futbolçu 6 həftədən sonra yaşıl meydanlara qayıda biləcək.