Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Real"ın qapıçısı Andrey Lunin üçün 40 milyonluq sirrli təklif

2 dəq
Paylaş:
"Real"ın qapıçısı Andrey Lunin üçün 40 milyonluq sirrli təklif

"Real" klubunun ehtiyat qapıçısı üçün 40 milyon avroluq irəli sürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" "" nəşrinə istinadən xəbər verir ki, lakin bu cəlbedici təklifin konkret olaraq hansı Avropa klubu tərəfindən edildiyi hələlik sirr olaraq qalır.

Ukraynalı qolkiperlə bağlı əslində ictimaiyyəti üçün yeni deyil. Uzun illərdir ki, Avropanın həm aparıcı, həm də nisbətən zəif liqalarından olan müxtəlif komandaların ona maraq göstərdiyi iddia edilir. Buna baxmayaraq, indiyə qədər yayılan bu söz-söhbətlərin heç biri ciddi danışıqlar mərhələsinə keçməyib.

Bu dəfəki xəbərdə ən çox diqqət çəkən məqam məhz təklif olunan məbləğdir.

Ehtiyatda qalan bir qapıçı üçün 40 milyon avro olduqca yüksək rəqəm hesab olunur və hətta zəngin İngiltərə Premyer Liqası klubları belə bu cür xərcə asanlıqla getməz.

Xatırladaq ki, əvvəllər Luninin xidmətində "Tottenham", "Newcastle", "Chelsea", "Nottingham Forest", "Brighton""Aston Villa" kimi tanınmış klubların maraqlı olduğu mətbuatda yer almışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax