İspaniyanın "Real Madrid" klubu heyətində dəyişikliklərə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi yay transfer pəncərəsi dövründə yarımmüdafiəçi Orelien Çuameni ilə yollarını ayırmağı planlaşdırır.
Maraqlıdır ki, futbolçunun özü "Real Madrid"də qalmaq istəsə də, klub rəhbərliyi onun transferini istisna etmir.
Fransalı oyunçuya İngiltərənin "Mançester Yunayted" klubu ciddi maraq göstərir.
"Qırmızı şeytanlar" heyətlərini gücləndirmək üçün Çuamenini əsas hədəflərdən biri kimi müəyyənləşdiriblər. Futbolçunun gələcəyi ilə bağlı qərarın yaxın vaxtlarda dəqiqləşəcəyi gözlənilir.
Ötən mövsüm ərzində 26 yaşlı yarımmüdafiəçi bütün turnirlər daxil olmaqla, "Real Madrid"in heyətində 49 matçda meydana çıxıb. O, bu görüşlərdə 2 qol vurmaqla yanaşı, 2 məhsuldar ötürmə ilə də yadda qalıb. "Transfermarkt" portalının məlumatına əsasən, Çuameninin hazırkı bazar dəyəri 70 milyon avro civarında qiymətləndirilir.