Əsas məzmuna keç

Şahmatçı Rauf Məmmədov 20 xal topladı

Şahmatçı Rauf Məmmədov 20 xal topladı

Azərbaycan şahmatçısı Rauf Məmmədovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində əldə...

şahmatçısı Məmmədovun norveçli dünya çempionu Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində əldə etdiyi gəlir bəlli olub.

"Operativ Məlumat Mərkəzi- OMM"-in məlumatına görə, ümumi sıralamada 10-cu olan 35 yaşlı qrossmeyster 20 xal toplayıb.

Məmmədovun bu mərhələdən qazancı 7,500 dolları təşkil edib.

Qeyd edək ki, "Airthings Masters"in qalibi olan Maqnus Karlsen 30 min dollar, ikinci və üçüncü yeri tutan ABŞ şahmatçılarından Hikaru Nakamura 20 min dollar, Uesli So isə 15 min dollara sahib çıxıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…