Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın daxili dövlət borcunun strukturu açıqlanıb

2 dəq
Paylaş:
Azərbaycanın daxili dövlət borcunun strukturu açıqlanıb

Bu ilin yanvarın 1-nə Respublikasının daxili dövlət borcu 17 milyard 804,5 təşkil edib. Maliyyə Nazirliyinin məlumatına görə, bu məbləğin 9 milyard 6,6 milyon dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 797,9 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Maliyyə Nazirliyinə istinadən yaydığı xəbərə əsasən, hesabat dövründə dövlət qiymətli kağızlarının müddət strukturu da açıqlanıb. Belə ki, dövriyyədə olan qiymətli kağızların 9,2 faizi 1 , 51,8 faizi 2 və 3 illik, 39 faizi isə 5 il və daha uzun müddətli olub.

Qeyd olunub ki, qısamüddətli dövlət istiqrazlarının əsasən dövriyyə 5–10 il olan istiqrazlarla əvəzlənməsi nəticəsində dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) əhəmiyyətli dərəcədə artaraq 3,3 il səviyyəsinə çatıb.

Nazirlik bildirir ki, “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun olaraq daxili maliyyə bazarının inkişafının stimullaşdırılması, eləcə də xarici dövlət borcunun mərhələli şəkildə daxili dövlət borcu ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Bu siyasətin nəticəsi olaraq, 2018-ci illə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi təxminən 8,5 dəfə artıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax