Azərbaycanda martın 4-də bəzi bölgələrdə hava şəraitinin dəyişəcəyi və yağıntılı keçəcəyi proqnozlaşdırılır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti rəsmi məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə az çiskinli hava müşahidə edilə bilər. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq və arabir güclənəcək.
Paytaxtda havanın temperaturu gecə 3-6° isti, gündüz isə 8-11° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçsə də, gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı olacaq. Dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə isə yağıntıların intensiv xarakter alacağı ehtimal edilir.
Gecə və səhər saatlarında bəzi yollarda duman olacaq. Qərb küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Bölgələrdə havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti olacaq. Dağlarda isə gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti gözlənilir.