Əsas məzmuna keç

Martın 3-də hava necə olacaq? Bakıda yağış gözlənilir

Martın 3-də hava necə olacaq? Bakıda yağış gözlənilir

bu barədə Milli Hidrometeorologiya Xidməti rəsmi məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir...

en ru

Bakıda və rayonlarda martın 3-də yağıntılı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti rəsmi məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında yağıntılı olacağı ehtimalı var. Gecə və zəif duman müşahidə ediləcək, mülayim cənub-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti təşkil edəcək. Atmosfer təzyiqi 768 mm sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.

Bölgələrdə temperatur göstəriciləri:

  • Aran rayonlarında: gecə 1-5° isti, gündüz 9-14° isti;
  • Dağlarda: gecə 3-8° , gündüz 0-5° şaxta;
  • Yüksək dağlıq ərazilərdə: gecə 10-15° şaxta.

Sürücülərin diqqətinə: Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…