Qusarda əməliyyat - Saxlanılanlar var

Qusarda əməliyyat - Saxlanılanlar var
23.06.2023 09:01
Aa
dəq

Qusarda əməliyyatlar zamanı 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan"Operativ Məlumat Mərkəzi-OMM"-yə  verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silahın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Eldar Qadıyevdən qanunsuz olaraq saxladığı “AKS-74” markalı silah, 2 ədəd həmin silaha məxsus patron darağı və 60 ədəd güllə aşkar olunaraq götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin əkilib-becərilməsində və daşınmasında şübhəli bilinən rayon sakinləri Novruz Aslanov və Emin Şıxkərimov saxlanılıblar. N.Aslanovun həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 25 ədəd çətənə (kannabis) bitkiləri aşkarlanıb.

E.Şıxkərimovdan isə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Eldar Qadıyevin barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Həftənin ən çox oxunanları

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb
DAVAMIN OXU davamın oxu

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Bakıda motosiklet piyadanı vurub

Bakıda motosiklet piyadanı vurub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu