Əsas məzmuna keç

Qubada silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar

Qubada silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar

Qubada silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar. DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən...

Qubada silsilə oğurluqlar edən üzvləri saxlanılıblar.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun müxtəlif ərazilərindən silsilə oğurluqlar etməkdə şübhəli bilinən, əvvəllər eyni əmələ görə dəfələrlə məhkum olunan 4 nəfər şəxs saxlanılıb.

Onlar Quba rayon sakini , Beyləqan rayon sakinləri Nadir Nadirli, Nərimanov və Gəncə şəhər sakini Röyal Hüseynovdur.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan evlərə girərək oradan 1350 manat pul, 100 ABŞ dolları və ümumi dəyəri 1110 manatdan çox edən qızıl-zinət əşyaları oğurlayıblar.

Faktlarla bağlı Quba RPŞ-də başlanılıb, məhkəmənin qərarı ilə Rəşad Quliyev, Nadir Nadirli və Bəxtiyar Nərimanovun barəsində həbs, Röyal Hüseynovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…