Operativ Məlumat Mərkəzi

Qubada 7 silah polisə təhvil verilib, 4 qumbara tapılıb

1 dəq
Paylaş:
Qubada 7 silah polisə təhvil verilib, 4 qumbara tapılıb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçiridikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus...

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçiridikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus patronlar, 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı təhvil götürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində müxtəlif markalı 4 ədəd qumbara, 3 ədəd qumbara alışdırıcısı, 4 ədəd patron darağı və 92 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər