Qubada 21 min manatlıq oğurluq

Qubada 21 min manatlıq oğurluq
22.02.2023 14:49
Aa
dəq

Qubada 21 min manatlıq metal oğurlayan şəxslər saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, rayonun Ağbil kəndində köhnə sənaye obyektindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Nihad Babayev, Ruslan Əhmədov və Tahir Ələddinov saxlanılıblar.

Həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 17 min manat dəyərində alüminium, 3 min manat dəyərində 2 ədəd mühərrik və 920 manat dəyərində dəmir-metal avadanlığı  oğurlamaqla ümumilikdə zərərçəkmişə 21 000 manata yaxın ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Həftənin ən çox oxunanları