QMİ Həcc ziyarəti üzrə kvotanın azaldılmasının səbəbini açıqlayıb

QMİ Həcc ziyarəti üzrə kvotanın azaldılmasının səbəbini açıqlayıb
16.04.2024 14:05
Aa
dəq

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb.

V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətinə getmək istəyən vətəndaşların işbazlar tərəfindən aldadıldığı müşahidə olunub:

“Keçən il Həcc mövsümündən sonra, iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən, Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaratdı. Lakin həmin ərazilərə yalnız Həcc vizası olan şəxslər daxil ola bilərlər. İşbazlar isə bu qərarlardan istifadə edərək, vətəndaşları aldadıblar.

Bizdə olan məlumata görə, ötən il də belə işbazların çox sayda qurbanları olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər. Bu il isə təxminən 500 vətəndaş işbazların qurbanı olub”.

V. Cahangiri vurğulayıb ki, buna görə də, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə əlaqədar kvotanı azaldaraq, 1500 zəvvar həddində müəyyənləşdirib:

“Qafqaz Müsəlmanları İdarəsi həcc ziyarətinə getmək istəyən şəxsləri işbazlara aldanmamağa çağırır”.

Həmçinin, QMİ rəsmisi onu da bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bütün həcc ziyarəti üçün bütün prosedurların tamamlanmasına vaxt qoyub:

“Nazirliyin təyin etdiyi vaxta əsasən, bütün prosedurlar, o cümlədən vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır. Ona görə vətəndaşlar tələssinlər, yalan vədlərə aldanmasınlar.

Bildirək ki, kvotanın dolmasına da çox az qalıb.

Bununla bərabər, Səudiyyə Ərəbistanının müvafiq nazirlikləri bu kimi hallardan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Yəni elektron vizalarla həccə getmək istəyənləri çoxsaylı deportlar və cərimələr gözləyir”.

Həftənin ən çox oxunanları

Elvin Balacanov: “Kiberbullinqlə bağlı hüquqi cəhətdən qanunvericilikdə anlayış yoxdur”

Elvin Balacanov: “Kiberbullinqlə bağlı hüquqi cəhətdən qanunvericilikdə anlayış yoxdur”
DAVAMIN OXU davamın oxu

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb
DAVAMIN OXU davamın oxu

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb
DAVAMIN OXU davamın oxu

Əfv Məsələləri Komissiyasının iclası təxirə salınıb - YENİLƏNİB

Əfv Məsələləri Komissiyasının iclası təxirə salınıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
DAVAMIN OXU davamın oxu