Operativ Məlumat Mərkəzi

Qlobal bazarda taxıl qiymətləri yüksəlib

1 dəq
Paylaş:
Qlobal bazarda taxıl qiymətləri yüksəlib
hadisə Rusiyanın "Taxıl sazişi"nə əməl etməməyinin ardından baş verib. Belə ki, Rusiya rəsmiləri Ukrayna limanına yaxınlaşan istənilən gəmini hərbi hədəf...

Qlobal bazarda taxıl qiymətləri kəskin şəkildə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rusiyanın "Taxıl sazişi"nə əməl etməməyinin ardından baş verib.

Belə ki, Rusiya rəsmiləri Ukrayna limanına yaxınlaşan istənilən gəmini hərbi hədəf olaraq görəcəyini bildirib. Bununla da hökumət, Qara dənizdən taxıl daşınmasında təhlükəsizliyi təmin edən sazişi pozub.

Rusiya Prezidenti Vladimir Putin sazişin bərpa olunması üçün bir sıra şərtlərə əməl olunmasının vacib olduğunu vurğulayıb. Sözügedən şərtlərdən biri Rusiyanın kənd təsərufatı bankının yenidən qlobal bazara qoşulmasıdır.

Xatırladaq ki, ötən gün Avropa və ABŞ birjalarında buğda qiyməti müvafiq olaraq 8.2 və 8.5 faiz artıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər