Qırğızıstanda hakimiyyəti ələ keçirmək istəyən qrup saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.
Qeyd edilib ki, onların arasında keçmiş təhlükəsizlik işçiləri və döyüş təhsili almış əcnəbi də olub.
"Alınan məlumata görə, kütləvi iğtişaşlar təşkil etmək və zorakılıq yolu ilə hakimiyyəti ələ keçirmək məqsədi ilə mütəşəkkil dəstə yaradılıb", - nazirliyin məlumatında deyilir.
Əməliyyat-istintaq tədbirləri zamanı qrupun bir çox üzvü saxlanılıb.