Qırğızıstanda dövlət çevrilişinə hazırlaşarkən saxlanılanların FETO ilə əlaqəsi olduğu ortaya çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həbsdə olan fəal Gülçigit İsakov FETO adından fəallıq nümayiş etdirib və Türkiyəni hədəf alan təşəbbüsləri olub.
Qeyd edək ki, bir neçə gün əvvəl Qırğısıtanda dövlət çevrilişinə cəhd göstərmək istəyənlərə qarşı əməliyyat keçirilib və bir neçə şəxs həbs edilib.
Xatırladaq ki, hələ Türkiyədəki 15 iyul çevrilişindən sonra sabiq XİN rəhbəri Mövlud Çavuşoğlu “Məsələn, Qırğızıstanda da çevriliş cəhdi edə bilərlər. Bu dəfə Qırğızıstanda çevriliş olarsa, FETO bunu edəcək”, - deyə bir açıqlaması olmuşdur.