Qırğızıstan Prezidenti MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb

Qırğızıstan Prezidenti MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb
24.05.2024 11:35
Aa
dəq

Qırğızıstan MDB-yə üzv dövlətlərin inteqrasiyasının gücləndirilməsinə və çoxtərəfli formatda qarşılıqlı əlaqələrin artırılmasına sadiqdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının üzvləri ilə görüşündə deyib.

O, görüşün birgə qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün lazımi şərait yaradacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Bişkekdə MDB-nin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 54-cü iclası keçirilir. İclasda Azərbaycanı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev təmsil edir.

İclasda əsas diqqət MDB ölkələrinin təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsi üzrə ümumi yanaşmaların işlənib hazırlanması və onların zərərsizləşdirilməsinə ayrılacaq. Eyni zamanda xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması da gündəlikdə olacaq.

Həftənin ən çox oxunanları

Kanada yanğınlarla mübarizədə 4 ölkədən kömək alacaq

Kanada yanğınlarla mübarizədə 4 ölkədən kömək alacaq
DAVAMIN OXU davamın oxu

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
DAVAMIN OXU davamın oxu

Paris Olimpiadasının büdcəsi nə qədərdir?

Paris Olimpiadasının büdcəsi nə qədərdir?
DAVAMIN OXU davamın oxu

İsrail “Əl-Cəzirə”yə qoyulan yayım qadağasını uzadıb

İsrail “Əl-Cəzirə”yə qoyulan yayım qadağasını uzadıb
DAVAMIN OXU davamın oxu

İsrail İranı Fransa dəmir yollarında təxribat törətməkdə ittiham edib

İsrail İranı Fransa dəmir yollarında təxribat törətməkdə ittiham edib
DAVAMIN OXU davamın oxu