Fələstinin telekommunikasiya şirkəti "Paltel Group" enerji ehtiyatlarının tükənməsi səbəbindən şirkətin Qəzza zolağında göstərdiyi rabitə xidmətinin bir neçə saat ərzində dayandırılacağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Paltel"dən yazılı açıqlama verilib.
Əsas rabitə şəbəkəsinin ehtiyyat qaynaqlar və batareyadan qalanlara əsaslandığını bildirən şirkət, rabitə xidmətlərinin qısa müddətə kəsiləcəyini bildirib.
Digər enerji şirkətləri isə heç bir açıqlama verməyib.