İsrail qüvvələrinin Qəzza zolağında hərbi əməliyyatı başlayandan bəri 29,5 mindən çox insan öldürülüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Hazırda Qəzzada İsrail təcavüzünün qurbanlarının sayı 29 514-ə çatıb. Qəzzada 69 616 fələstinli yaralanıb".
Təkcə ötən gün ərzində İsrail ordusunun hücumları nəticəsində anklavda 104 nəfər həlak olub, 160 nəfər yaralanıb.